11 yaşlı Saranın köməyə ehtiyacı var - FOTO


11 yaşlı Saranın sizin köməyinizə ehtiyacı var.
Oxu.Az xəbər verir ki, 2009-cu il təvəllüdlü Talıbova Sara Nurlan qızı səkkiz ilə yaxındır ağır xəstəlikdən əziyyət çəkir.
Valideynləri uşağı B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna aparıb. Həkim müayinəsi zamanı balaca Saraya trombositopatiya diaqnozu qoyulub.

Uşaq müayinə və müalicə üçün İran İslam Respublikasına aparılıb, orada isə həkimlər tərəfindən azyaşlıya Glansmann trombositeniyası diaqnozu qoyulub.

Sara hazırda B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicəsini davam etdirir. Müalicə prosesi bahalı olduğundan ailənin maddi dəstəyə ehtiyacı var.

Kömək etmək istəyən şəxslər aşağıdakı nömrə ilə Saranın valideynləri ilə əlaqə saxlaya bilərlər:

Saranın anası : +994 50 551 29 36