İranın keçmiş səfiri koronavirusdan öldü

İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının baş katibinin beynəlxəlq məsələlər üzrə müavini Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, o, müxtəlif vaxtlarda İranın Suriyadakı səfiri vəzifəsində çalışıb. Hüseyn Şeyxülislam həmçinin parlamentin üzvi və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 3 513 nəfərə çatıb. Onlardan 107 nəfəri virusdan ölüb, 739-i sağalaraq xəstəxanalardan evə buraxılıb.