Bir ay mənzilində ölü vəziyyətdə qaldı


Rusiyanın paytaxtı Moskva şəhərində yaşadığı mənzildə yaşlı qadının meyiti tapılıb.

Bu barədə “Moskva” agentliyi məlumat yayıb.

Bildirilir ki, 88 yaşlı rusiyalı qadın bir ay əvvəl mənzilində ölüb. Onun cəsədi evinin mətbəxindən tapılıb. Qonşusu cəsədin ev sahibinə aid olduğunu deyib.

Meyit qadının kimliyi və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.