Şəhid əsgərimiz dəfn edildi - YENİLƏNİB + FOTO

Şəhid əsgərimiz Qarayev Eltun Elman oğlu dəfn edilib. 
"Sherg.a"z xəbər verir ki, o, Bərdədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.



16:28

Bu gün şəhid olan əsgərimiz Qarayev Eltun Elman oğlu ilə vida mərasimi başlayıb. 

"Sherg.az" xəbər verir ki, 19 yaşlı əsgərimiz Bərdədəki Şəhidlər xiyabanında dəfn olunacaq.



15:33

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

“Report”un məlumatına görə, onun meyiti ailəsinə təhvil verilib. 

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək. 

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.