Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatıb

Gürcüstanda daha 3 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı saytda məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxan şəxslərin sayı 12-yə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da İrandan Azərbaycan vasitəsi ilə qayıtmış 50 yaşlı kişidə aşkarlanıb.