Böyük Britaniyada 206 nəfər koronavirusa yoluxdu, ikisi öldü

Böyük Britaniyada 206 nəfər koronavirusa yoluxub.
"Sherg.az" "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı yerli hökumət də təsdiqləyib. Məlumata görə, artıq onlardan ikisi ölüb. Bildirilir ki, infeksiya yoluxanların 29-u paytaxt London sakinidir.

Qeyd edilir ki, ötən günə qədər koronavirusa yoluxanların sayı 164 olsa da, bir gün ərzində infeksiya daha 42 nəfərdə tapılıb.