Daşkənddə ilk elektrobus xəttə buraxılıb


Daşkənddə Çin istehsalı olan ekoloji cəhətdən təmiz “Yutong” markalı ilk elektriklə işləyən avtobus xəttə buraxılıb.

AZƏRTAC xəbər verir ki, 12 metrlik elektrobus bir dəfə enerji ehtiyatı yığdıqdan sonra təxminən 350 kilometr gedir. Avtobusda 32 oturacaq yeri var və sərnişin tutumu 90 nəfərdir.

Elektrobusun qiyməti 380-400 min dollar arasında dəyişir. Özbəkistan gələcəkdə elektrobusun sayını artırmaq niyyətindədir.