Azərbaycanda dövlət strukturları bayram günlərində adi iş rejimində çalışacaq - Qərargah

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a  verilən məlumata görə, bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq:

• Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

• Azərbaycan Respubikasının Nazirlər Kabineti

• Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və
özəl səhiyyə müəssisələri)

• Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirlikləri)

• Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

• Azərbaycan Respublikasının Baş Prokurorluğu

• Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

• Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

• Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

• Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

• Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

• Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

• Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi

• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

• Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

• Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

• Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

• Azərbaycan Respublikasının Mərkəzi Bankı

• "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti

• "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

• "Azəriqaz" İstehsalat Birliyi

• "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

• Azerbaycan Respublikasinin Dövlet Neft Şirkəti (SOCAR)

• "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.