Qonşu ölkədə koronavirusun bitmə tarixi barədə proqnoz dəyişdi


Rusiyada koronavirus epidemiyası avqust ayında tam bitəcək.

Lenta.ru-nun məlumatına görə, bu barədə Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) analitikləri tərəfindən hazırlanmış proqnozda deyilir.

Alimlərin fikrincə, Rusiyada xəstəliyin pik həddi aprelin 27-də keçib. İnfeksiya ölkədə avqustun 7-də tamamilə yox olacaq. 

Bir müddət əvvəl SUTD Rusiyada epidemiyanın iyulun 20-dək başa çatacağını təxmin edirdi.

Rusiyada 93 558 nəfər koronavirusa yoluxub. Onlardan 867 nəfər ölüb. 8456 nəfər isə koronavirusdan sağalıb.