Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı


Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 27 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.