Əfsanə Şükürova "İrəli"nin İdarə Heyətinə üzv seçilib


“İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova qurumun İdarə Heyətinə üzv olaraq seçilib.
 "Sherg.az"ın xəbərinə görə, bu barədə Əfsanə Şükürova öz facebook səhifəsində məlumat verib.
 "Əziz dostlar, bildiyiniz kimi dünən "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirildi.
 
Mən də Birliyin İdarə Heyətinə üzv olaraq seçildim. 2016-cı ildən "İrəli" ailəsi ilə bir addımlayırıq. Doğrusu, heç belə gözləntim olmasa da bu dəyəri görmək çox gözəl hiss idi!Çünki hər zaman istədiyim işimin öhdəsindən layiqincə gəlmək olub. Təbii ki, bu yolda "İrəli" ailəsinin və Sizlərin, media qurumlarının, çox dəyərli jurnalist dostlarımın dəstəyi sonsuzdur!
 
Göstərilən etimada görə Birliyin sədri Şahin müəllimə və bu qərarın alınmasında razılıq verən hər bir kəsə təşəkkür edirəm!"