Məcburi köçkün dövlət başçısına təşəkkür etdi: “Pandemiyaya qarşı mübarizədə uğur qazanıldı”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Kəlbəcər rayonundan məcburi köçkün Elmir Cəfərov dövlət rəhbərinə məktubunda bildirir:

 “Hörmətli cənab Prezident, Sizin sayənizdə Azərbaycan koronavirus pandemiyasına qarşı vaxtında ciddi tədbirlər gördü. Rəhbərliyinizlə bütün səylər birləşdirilərək məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyası quruldu və pandemiyaya qarşı mübarizədə uğur qazanıldı. Pandemiya vaxtında Azərbaycan xalqına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir, hörmət və ehtiramımızı bildiririk. Xalqımız, o cümlədən məcburi köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu fəaliyyətinizlə fəxr edirlər. Allah Sizi qorusun!”.