12 yaşlı məktəblidən dövlət başçısına: “Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız”


Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Bakıdan 12 yaşlı məktəbli Nərmin Nəsirova  dövlət rəhbərinə məktubunda qeyd edir: 

“Hörmətli cənab Prezident, Biz məktəblilər Sizin “Evdə qal” çağırışınıza əməl edərək məktəblərə getmədik, dərslərimizə evdə davam etdik, onlayn dərslər keçdik. Evdə qalsaq da, məyus olmadıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram”.