Şəhid atasından ölkə başçısına təşəkkür:"Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq” 

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.
Kürdəmirdən  Bahadur Paşayev dövlət rəhbərinə yazır: 
“Hörmətli cənab Prezident, Mən, şəhid atası Bahadur Paşayev Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Şəhid ailəsi olaraq biz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Şəhidlərin ruhuna böyük ehtiram bəslənilməsi, onların ailələrinə qayğı ilə yanaşılması indiki gənc nəslin vətənpərvərlik ruhuna da müsbət təsir göstərir. Gənclər Vətən yolunda şücaət göstərən şəxslərin heç vaxt unudulmadığını görür və bütün bunlardan ibrət götürürlər.
Sizin göstərişlərinizə uyğun olaraq, mənim ailəm üçün hazırda ev tikilir. Şəhid ailəsi adından bir daha Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizi və Azərbaycanımızı qorusun”.