AZAL çarter reysi ilə daha 100 nəfəri ölkəyə gətirdi - FOTO


Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir. 

AZAL-dan  verilən məlumata görə, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib. 

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib. 

Bundan əlavə, bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq AZAL aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.