İntihara cəhdin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən APA -ya verilən məlumata görə, Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***

00:26

Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, 2000-ci il təvəllüdlü Nigar Həsənova özünü yerə atmaq istəyib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.