Rayon sakini dövlət rəhbərinə yazır: “Siz xalqı dəstəklədiyiniz kimi, xalq da Sizi dəstəkləyir”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Kürdəmir rayonundan Sarvan Ağasiyev Prezidentə yazır:

 “Çox hörmətli Prezident, son aylar dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə görülən tədbirlər müsbət nəticələrini verdi. Sizin rəhbərliyinizlə həyata keçirilən işlər başqaları üçün nümunə oldu. Apardığınız düzgün siyasət bizim sağlam qalmağımıza, xəstəliyin geniş yayılmamasına səbəb oldu. Buna görə Sizə minnətdarıq. Cənab Prezident, Siz xalqı sevdiyiniz kimi, xalq da Sizi sevir. Siz xalqı dəstəklədiyiniz kimi, xalq da Sizi dəstəkləyir. Azərbaycan xalqı həmişə Sizinlədir. Tanrı Sizi qorusun! Var olun, cənab Prezident!”.