"Vətəndaşların işi “ASAN”laşıb" 

““ASAN” mərkəzləri Azərbaycan vətəndaşlarının çətin işllərini asan edib”.

Bunu “Sherg.az”a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. 

JAM rəhbəri bildirib ki, o, özü dəfələrlə “ASAN” mərkəzlərinin xidmətindən yararlanıb və məmnun qalıb: 

“Yüksək xidmət, əla keyfiyyət məni məmnun edib. Dövlət qurumları üçün xarakterik olan rüşvətxorluq və süründürməçilik “ASAN” üçün yaddır. Bu təcrübəni Azərbaycanda daha geniş yaymağa ehtiyac var. Sıravi vətəndaş olaraq şəxsən mən məmurların turşumuş sifətini görməkdən yorulmuşam. “ASAN”ın gənc və gülərüz kollektivi öz üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlir. Elə gözəl mexanizm quurlub ki, rüşvət almaq və rüşvət vermək heç kimim ağlına gəlmir. “ASAN”ın ən böyük xidməti Azərbaycanda məmurların rüşvətsiz iş görmədiklərinə dair streotipləri dağıtmaq oldu. “ASAN”çılar sübut etdilər ki, azərbaycanlılar yeni model yaratmağa və onu yaşatmağa qadirdirlər. Açıq, şəffaf fəaliyyət göstəərn bu cür qurumların sayının artması arzuolunandır”.