Portuqaliya karantin qaydalarını sərtləşdirdi

Portuqaliya hökuməti paytaxt Lissabonda və şəhər ətrafında karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib.
Lent.z-ın Rusiya KİV-ə istinadən məlumatına görə, kafe və mağazaların axşam saat 8-dən sonra işləməsin qadağa qoyulub.
Portuqaliyanın baş naziri Antoni Koştu bildirib ki, bundan başqa 10 nəfərdən artıq şəxsin bir yerə toplaşması da qadağandır və belə olan halda cərimə tətbiq ediləcək. Rəsmi məlumata görə, mayın 21-dən iyunun 21-dək Portuqaliyada yoluxanların sayı 9 222 nəfərə çatıb. Yoluxanların əksəriyyəti Lissabon sakinləridir.