Aztəminatlı ailələrə sosial yardımının verilməsi proseduru sadələşdirilir - Baş Nazir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 2020-ci il 1 aprel tarixli 123 nömrəli, “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 7 aprel tarixli 127 nömrəli, “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” 2020-ci il 7 aprel tarixli 128 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 2020-ci il 7 aprel ..........tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 aprel tarixli 123 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri “2020-ci il 1 iyul tarixinədək” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissədə “xüsusi karantin rejimi müddətində” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 aprel tarixindən 2020-ci il 1 iyul tarixinədək olan müddətdə” sözləri ilə əvəz edilsin;
2. 1.3. 3-cü hissədə “xüsusi karantin rejimi müddəti başa çatdıqdan sonra” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixindən sonra” sözləri ilə, “həmin ailələrin” sözləri isə “bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan ailələrin” sözləri ilə əvəz edilsin.
2. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149 nömrəli Qərarı) 2-1-ci hissəsində "Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin.
3. “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə
şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128
nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020, № 4, maddə 475) 1-ci hissəsində “xüsusi karantin rejiminin bitdiyi
tarixdən sonrakı ayın 1-dək” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar
olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi
tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı
tarixədək” sözləri ilə əvəz edilsin.
4. “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində
dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış
şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 7 aprel tarixli 129 nömrəli Qərarının 1-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“1. 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin
müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi
iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə
təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam
etdirilsin.”.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan
irəli gələn məsələləri həll etsinlər.