Kamil Zeynallı son olaydan DANIŞDI: “İşlər qaydasında olmasa idi...”

Tanınmış idmançı Kamil Zeynallı karantin günlərində etdiyi yardımlarla rəğbətləri qazanmaqla yanaşı, zaman-zaman müxtəlif olaylarla da gündəmə gəlir. Bu yaxınlarda yayılmış videoda idmançının naməlum şəxslə əlbəayağa olduğu görüntülənib. Eyni zamanda Kamil Zeynallı karantin rejiminin şərtlərinin sərtləşdirilməsi ilə yenidən yardım kampaniyasına başlayıb. 

Biz də “Sherg.az” olaraq  məsələ ilə bağlı K.Zeynallı ilə əlaqə saxladıq. Tanınmış idmançı dava ilə bağlı danışmaq istrəmədiyini söylədi:

“ Kömək etməyə davam edirik. İki həftə ərzində lazım olan yerlərə, ünvanlara yardımlarımızı çatdıracağıq. Karantin rejiminin qaydaları yumuşaldılana qədər yardım edəcəyik” . 

“Həmin dava-dalaşdan sonra hər şey qaydasına düşdümü?” sualına  Kamil bəy belə cavab verdi:
“Qaydasında olmasa idi, bu gün mənlə rahat danışa bilməzdiniz.  Şükür Allaha hər şey yaxşıdır. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi açıqlama vermişdi”.