Ölkə başçısına minnətdarlıq: "Pandemiya ilə mübarizədə qazandığımız uğurlar Sizin zəhmətiniz sayəsindədir"


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbə sakini  2-ci qrup əlil Tərlan Kazımov ölkə başçısına məktubunda qeyd edir:

"Hörmətli cənab Prezident, Sizin COVID-19 pandemiyasına qarşı mübarizəyə dair çıxışlarınız, gördüyünüz işlər, insanların sağlamlığını hər şeydən vacib bilməyiniz, tibb işçilərinin xidmətlərinə verdiyiniz yüksək qiymət hər bir azərbaycanlı kimi məni də sevindirir. Hazırda pandemiya ilə mübarizədə qazandığımız uğurların hamısı Sizin zəhmətiniz sayəsindədir. Vətəndaşların firavan yaşaması Sizin, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əsas məqsədinizdir. Bizim də məqsədimiz və vətəndaşlıq borcumuz hər zaman Sizin və Mehriban xanımın yanınızda olmaq, vətənimizin gözəlləşməsi, özümüzün və ailəmizin sağlam qalması üçün əlimizdən gələni etməkdir. Sizə səmimi qəlbdən təşəkkür edir, cansağlığı arzu edirəm".