“Ordumuz dünyanın ən güclü 50 ordusundan biridir”

“Azərbaycanda nizami ordu quruculuğu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.
Bunu “Sherg.az”a millət vəkili Cavid Osmanov deyib. 
Deputat bildirib ki, 22 ildir 26 iyun tarixi ölkəmizdə Silahlı Qüvvələr günü kimi qeyd olunur: 




“Müsair Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsi möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin ordumuza olan davamlı diqqət və qayğısının nəticəsidir. 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Naxçıvan ərazisində Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. Əgər, sülh danışıqları nəticə verməzsə, Milli Ordumuz işğal altında olan torpaqlarımızı qısa zamanda düşməndən azad edəcək və üçrəngli bayrağımız əzəli torpaqlarımızda dalğalanacaq. Tezliklə zəfər gününü qeyd etmək diləyi ilə. 26 iyun Silahlı Qüvvələr gününüz mübarək!”