“Uşaqların tibbi maskadan istifadəsi doğrudurmu? – Pediatrdan İZAH


“Onlar maska taxmağa öyrəşə bilmir, nəfəsalma və nəfəsvermə hərəkətlərində problemlərlə qarşılaşırlar”

“Buna görə də uşaqların maska taxmasının əleyhinəyəm"


  Bir neçə müddətdir, koronavirus pandemiyası ucbatından dünyada bir qeyri-müəyyənlik hökm sürür.Yoluxmalarla bağlı xəbərlərin ardı-arası kəsilmir. Koronavirus təhlükəsi hər kəsi təşvişə salıb. İnsanlar müxtəlif üsullarla bu xəstəlikdən qorunmağa çalışırlar. Kimi tibbi maskadan istifadə edir, kimi isə evdən çölə çıxmır. Doğrudur, koronavirus canlar almaqda davam edir.

Ancaq xəstəlikdən sağalanlar da az deyil. Əlbəttə, böyüklər bu virusun təhlükəsini dərk edirlər. Bu mənada bütün qoruyucu vasitələrdən istifadə edirlər. Uçaqlar, azyaşlılar isə hələ öldürücü pandemiyanın mahiyyətini dərk etmirlər. Şübhəsiz ki, valideynlərii onları qoruyurlar.  Hətta dəfələrlə azyaşlıların maska taxdığının şahidi olmuşuq. Məlum məqam isə birmənalı qarşılanmır. Kimi bunu doğru addım  sayır, kimi isə maskanın uşaq üçün ziyanlı olduğunu iddia edir. 

Maraqlıdır, görəsən uşaqların tibbi maskadan istifadəsi nə dərəcədə düzgündür?

Sualımızı cavablandıran pediatr Afət İbrahimli “Sherg.az”a bildirib ki, maskanı xəstə insan infeksiyanı kənara yaymamaq üçün taxmalıdır:

“Lakin hazırki dövrdə ölkəmizdə məcbur edirlər ki, istər sağlam, istərsə də xəstə insanlar maskadan istifadə etməlidir. Və insanlar da qorunmaq üçün maska taxırlar. 2 yaşınadək uşaqlara maska taxılması tövsiyə edilmir. Onlarda boğulma, nəfəs çatışmazlığı yarana biləcəyi üçün bundan ehtiyat edilir. Maska uşaqlara psixoloji təsir göstərir. Onlar maska taxmağa öyrəşə bilmir, nəfəsalma və nəfəsvermə hərəkətlərində problemlərlə qarşılaşırlar. Buna görə də uşaqların maska taxmasının əleyhinəyəm".

Fidan HƏBİBLİ