Deputatlar tətilə yollandılar

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub. 
Oxu.Az-ın xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib. 
Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib. 
O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub. 
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı. 
Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar. 
Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.