Baxımsız vəziyyətdə olan şəhid bulağında bərpa işlərinə başlandı - YENİLƏNİB + FOTO

Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağında bərpa işləri aparılır. 
Bununla bağlı Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətdən məlumat verilib:
“Bulağın sökülmüş hissəsi bərpa olunub. Su kranı yerləşdirilib. Digər xırda təmir işləri ilə bağlı tədbirlər davam etdirilir. Ərazi nəzarətdə saxlanılacaq”.