“Karantinin uzanması olduqca vacib qərardır”

“Bütün vətəndaşlar həmrəy olmalı, nizam-intizam qaydalarına əməl etməlidir”

“Azərbaycan dövlətinin iqtisadi gücü yalnız vətəndaşlara yönəlib”



“Dövlətimizin pandemiyaya dair atdığı addımlar, cənab Prezidentin rəhbərliyi ilə görülən işlər nümunəvidir. Vətəndaşlarımızın sağlamlığı üçün yüksək səviyyədə xidmət göstərilməsi göz qabağındadır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Deptatın fikrincə, insanlar həm təlaş içindədir, həm də qaydalara əməl etmir:

“Bu da əhalinin psixoloji durumu ilə bağlıdır. Təəssüf ki, bəzi vətəndaşlarımızda arxayınlıq var. İlk günlərdən sosial şəbəkələrdə virusun olmamasına dair yanlış məlumatlar yayılırdı. Ona görə də əhalidə inamsızlıq olurdu. İndi isə cəmiyyətdə bir təlaş var. Əlbəttə, tibbi resurslarımız böyükdür, son zamanlar tikilən modul tipli xəstəxanalarımız da işə salınıb, kadr potensialın çatışmazlığı ilə bağlı problem yaranmayıb. Amma lazım olarsa, bu problemi də həll etmək mümkündür. Lakin çatışmazlıqların olmaması üçün hər birimiz nümunə göstərməliyik. Hesab edirəm ki, karantinin uzanması da olduqca vacib qərardır”.

Parlament üzvü qeyd edib ki, bütün vətəndaşlar həmrəy olmalı, nizam-intizam qaydalarına əməl etməlidir:

“Cənab Prezidentin hər dəfə müraciətində hiss olunur ki, o, vətəndaşlarımızın yanındadır. Ölkə başçısı bildirir ki, əhalinin sağlamlığı ən vacib məqamdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin iqtisadi gücü yalnız vətəndaşlara yönəlib”.