Şəhid generalımızın büstü hazırlandı

Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb.
Lent.az xəbər verir ki, generalın büstü Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfində ərsəyə gətirilib. Gənc rəssam ahzırladığı büstün fotosunu özünün "Facebook" profilində paylaşıb. Paylaşım izləyicilər tərəfindən alqışla qarşılanıb və rəylərdə ona bu addımına görə təşəkkür edilib.
Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-də Tovuz rayonunda gedən döyüşlərdə şəhid olub.