Putin Braziliyada keçiriləcək G20 sammitinə iştirakla bağlı hələ qərar verməyib

Rusiya Prezidenti Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı ilə bağlı heç bir qərar qəbul edilməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələlik bununla bağlı heç bir qərar verilməyib. Rusiya “G20” çərçivəsində fəaliyyətini davam etdirir, biz orada öz maraqlarımızı müdafiə edirik”, - deyə Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Brazilyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.