Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK

Mərkəzi Seçi Komissiyası (MSK) artıq pozuntu qeydə alınan dairələrlə bağlı araşdırmalara başladığını deyib.

News24.az-ın xəbərinə görə, bir neçə gün öncə MSK sədri Məzahir Pənahov demişdi ki, dairələrdən daxil olan şikayətlərə 20 gün ərzində baxıla bilər. Artıq bəzi dairələrdən MSK-ya şikayətlər göndərilib.

Bundan başqa, sosial mediada açıq saxtakarlıqla bağlı çəkilən görüntülər də namizədlər tərəfindən sənədləşdirilərək MSK-ya təqdim edilir. Ciddi qanun pozuntularına yol verilmiş dairələrin nəticələrinin ləğv olunması ehtimal edilir.  

Seçki Məcəlləsinin tələblərinə görə Mərkəzi Seçki Komissiyasi səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyasının protokollarını yoxlayır, 24 saat müddətində Konstitusiya məhkəməsinə təqdim edir. 

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:

33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov);

35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu);

74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli);

80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə).