İranda son sutkada COVID-19-dan 229 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 229 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 14 634 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 625 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 278 827 nəfərə çatıb.