Dövlət Bağçalı danışdı: “Lazım gələrsə, türk yurdlarını qoruyarıq”

“Atışmaların baş verdiyi bölgə şərq-qərb enerji dəhlizinin qovşağıdır. Ermənistanın düşmənçilik əməlləri təsadüfi deyil, bir məqsədə xidmət edir”.
Bunu “Sabah” nəşrinə açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.
“Eyni zamanda, Ermənistan podratçıdır, türk düşmənliyini əsas siyasət halına çevirib. Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni işğalı altındadır. Qarabağ probleminin həllində bir arpa boyu məsafə qət edilməyib.
Hər şərt daxilində dost və qardaş ölkə Azərbaycanın yanındayıq. Qəlbən və mənəvi cəhətdən soydaşlarımızlayıq, lazım gələrsə, bədənimizlə də onlarla birlikdə olar, türk yurdlarını qoruyarıq”, - deyə D.Bağçalı bildirib.