Azərbaycanda mətbuat katibi işindən ayrıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov vəzifəsindən ayrılıb.
Bu barədə Lent.az -a o, özü məlumat verib. Belə ki, keçmiş mətbuat katibi hələ bir ay əvvəl işdən çıxmaq haqqında ərizə yazdığını qeyd edib:
"Bəli işdən ayrılmağım doğrudur. Hələ bir ay öncədən bunun üçün rəhbərliyə ərizə yazaraq, müraciət etmişdim. Nəhayət bu gün ərizəmə müsbət cavab verildi və işdən ayrıldım".