Prezidentə təşəkkür: “Bu sınaqlarda xalq Sizin arxanızda, Siz onun yanında olmusunuz” 

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Lənkəran şəhərindən Aysel Hüseynova Prezidentə məktubunda yazır:

 “Hörmətli cənab Prezident, Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz onun yanında olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin rəhbərliyinizlə layiqli cavablarını alıblar. Biz Sizin komandanlığınız, rəhbərliyinizlə torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik”.