Qurbanlıq qoyuna maska taxdı

Türkiyənin Qaziantep şəhərində bir vətəndaş virus bulaşmasın deyə aldığı qurbanlıq qoyuna maska taxıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, yoluxmanın yüksək olduğu şəhərdə maskasız dolaşmadığını deyən şəxs qorumaq lazım olduğunu hiss edərək aldığı qoyuna da maska taxıb.
Bazardakı satıcılar da ənənəvi olaraq, əl sıxmaq yerinə 2 metrlik məsafə saxlayıblar.