Həmyerlimiz “Bilayn” şirkətinin prezidenti oldu

“VimpelCom”( “Bilayn”) telekommunikasiya şirkətinin yeni prezidenti seçilib.
Bu barədə TASS agentliyi “VimpelCom” telekommunikasiya şirkətinin yaydığı açıqlamaya istinadən xəbər verir.
Bildirilir ki, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini olmuş həmyerlimiz Rəşid İsmayılov “VimpelCom” (“Bilayn”) telekommunikasiya şirkətinin prezidenti seçilib.
Qeyd edək ki, R.İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini olub, daha sonra Rusiyadakı “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb.