Məktəbəhazırlıq qruplarına seçim başladı

Məktəbəhazırlıq qrupları ilə bağlı məktəb seçimi başlayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-nə qədər davam edəcək.
Qeyd edək ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.