“Lotu Quli” necə öldürüldü? -TƏFƏRRÜAT

Azərbaycanlı “qanuni oğru” “Lotu Quli”nin qətlinin təfərrüatları bəlli olub.
Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə baş verən anda “Quli” kart oynayırmış. O, həmin an arxası otel otağının qapısına tərəf olub. Həmin vaxt otaqda “Quli”dən başqa daha iki nəfər, həmçinin mühafizəçisi də varmış.
Otağa daxil olan Xaqan Zeynalov (“Xan Bakinski”) heç kimdə şübhə oyatmayıb. Çünki Zeynalov çoxdan “Quli”nin hörmət və etibarını qazanmış şəxs sayılırdı. “Xan Bakinski” “Quli”nin boyun nahiyəsindən dörd güllə vurub.
“Quli”nin mühafizəçisi cavab atəşi açsa da o, aradan çıxa bilib. Amma çox uzağa da gedə bilməyib, Antalya – Dənizli yolunda polis tərəfindən saxlanılıb.