Azərbaycanda koronavirus: ümumi 35 707 yoluxan,  522 ölən var 

Azərbaycanda indiyədək ümumilikdə 35 707 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.