Kür çayında problem: Bir sıra şəhər və rayonlarda su olmayacaq

Bakının üç rayonunda su olmayacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. 
Bildirilib ki, bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb:
“Bununla əlaqədar bu gün Şirvan və  Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.