Prezidentin köməkçisindən xarici ölkələrə gedənlərə XƏBƏRDARLIQ

Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, xarici ölkələrdən vətəndaşlarımızın həm quru, həm də hava yolu ilə koronavirus testi əsasında ölkəyə gətirilməsi prosesi davam etdirilir:
Vətəndaşlarımız hazırkı dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməlidir:
“Biz vətəndaşlarımıza çağırış edirik ki, ciddi zərurət olmadan xarici ölkələrə səfərdən çəkinsinlər. Sanitar-epidemioloji vəziyyət hər an pisləşə bilər və vətəndaşlarımızın ölkəyə qayıtmasında çətinliklər yarana bilər”.