Ermənistan ordusunda koronavirusa kütləvi yoluxma var - RƏSMİ

Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya edilmiş Ermənistan ordusunun şəxsi heyəti arasında koronavirusa kütləvi yoluxma halları var.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, işğalçı ordu qüvvələri Ermənistanla işğal olunmuş ərazilərdə daimi hərəkətdə olduqları üçün yoluxma halları artır.