Kişi muğam ifaçısı plastik əməliyyat etdirdi

Muğam ifaçısı Eldəniz Məmmədov plastik əməliyyat etdirib.
"Sherg.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi saçlarına tük əkdirib. O bildirib ki, bunu anasının istəyi ilə edib:
"Anamın mənə dörd arzusu var, onlardan birini yerinə yetirdim. Bu o demək deyil ki, anamın arzularını etmirəm. Edirəm, əsas arzuları nəzərdə tuturam. Qalıb üç arzusu, onları da yerinə yetirəcəm".
Eldəniz bildirib ki, əməliyyatı 11 saat davam edib.