Korona vaksini yoxdur, vacibdir ki, qripə qarşı vaksinasiya edilsin - Baş həkim


"Virus daha da aqressiv ola bilər, ancaq bunun əlamətləri hələ ki, yoxdur".

24News.ge xəbər verir ki, bu sözləri Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertsvadze deyib.

Birinci Kanala müsahibə verən Tsertsvadze bildirib ki, qripdən və koronavirusdan uzaq olmaq üçün vətəndaşlar mütləq vaksinasiya edilməlidirlər:

“Qrip mövsumu başlayanda bu iki infeksiya bir-biri ilə yan-yana başlaya bilər və nəticədə ciddi problemlər yarana bilər. İlk öncə diaqnozun qoyulması baxımından problem yarana bilər, çünki bu xəstəliklərin simptomları eynidir. İkinci tərəfdən isə, bir nəfərdə hər iki xəstəlik eyni zamanda da ola bilər və bu da insan orqanizmi üçün böyük zərbədir", - deyə Tsertsvadze bildirib.

Baş həkimin sözlərinə görə, Covid-19-a qarşı vaksinanın olmadığı üçün, vacibdir ki, qripə qarşı vaksinasiya edilsin. O bu səbəbdən əhaliyə müraciət edərək, mütləq qripə qarşı vaksinasiya edilməni xahiş edib.