MN: Ermənilər Goranboyu artilleriya atəşinə tutur

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.

Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür.