Ermənistan alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib - çoxlu sayda ölən var

“Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib”.
Azərbaycan Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib:
"Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir".