Düşmən Ağdamı atəşə tutdu: ata və oğlu həlak oldu

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 54 yaşlı Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 24 yaşlı Məmmədov Samir Mürşid oğlu həlak olublar.
Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.