Fransızlara müraciət: “Çalışın, haqq olanı dəstəkləyəsiz”

Azərbaycan xalqının haqq mübarizəsinə qarşı Fransa Respublikasının prezidenti Emmanuel Makronun ədalətsiz və qərəzli mövqeyinə görə fransız xalqını bəzi mətləblərdən agah etmək qərarına gəldim. 
Hörmətli fransız xalqı, 
Qədim tarixi mədəniyyət nümunələrinə malik Azərbaycan xalqı hər zaman böyük fransız xalqına sayğı və ehtiram sərgiləmişdir. Bu sayğının təməlində isə multikultural dəyərlər, yüksək mədəniyyət nümunələri dayanır. 

Azərbaycanlılar fransız mədəniyyətini, incəsənətini, ədəbiyyatını sevgi ilə incələyib öyrənirlər. Çünki bizim xalqlar mədəniyyət, incəsənət, ədəbiyyat oluşdurmuş xalqlardır. Ona görə də biz dünya şöhrətli dahi Nizamimizi öyrənərkən onun fransız həmmüasiri, ilk alloqorik poema janrının müəllifi Giyom de Lorrisi də öyrənmişik. Orta əsrlərdə divan ədəbiyyatının nəhəngi olmuş Məhəmməd Füzulini öyrənərkən o dövürün fransız ədəbiyyatı ilə də maraqlanmışıq. Həmin dövrdə İtaliyanı işğal etmiş fransızlar italyan ədəbiyyatının və mədəniyyətinin intibah qönçəsindən bəhrələnərək Fransua Rable kimi ədəbiyyat xadimlərini yetişdirmişdilər. Biz də Füzulinin həmmüasiri olan Rablenin ilk satirik janrda yazılmış əsərlərini sevə-sevə oxumuşuq. 
Bəli, etiraf etməliyik ki, Dekart, Volter, Monteskyo, Russo, Balzak, Hüqo kimi nəhəng yazarlardan bəhrələnmiş Axundov, Cavid, Cabbarlı, Vəzirov, Çəminzəminli, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli kimi yazarlarımız da olmuşdur. Bütün bu adını çəkdiyim şəxslər isə Azərbaycan xalqının milli mənəvi dəyərləri və mədəniyyət xəzinəsidir. Bu gün də ümumbəşəri mədəniyyətdən bəhrələnən bu estafet uğurla davam etdirilir.

Lakin dünyaya böyük şəxsiyyətlər, dahilər bəxş etmiş Azərbaycan xalqı 1990-cı illərdən bu yana qonşu Ermənistan tərəfindən ərazi işğalına məruz qalmışdır. Azərbaycan xalqının tarixi, əzəli dədə-baba torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon – Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonları işğal edilmişdir. Həmin bölgədə yaşamış bir milyondan çox vətəndaşımız qaçqın düşərək ölkəmizin dörd bir yanında yerləşdirilmişdir. 

Azərbaycan xalqı tolerant, multikultural dəyərlərə sahib, sülhsevər xalq olaraq daim müharibə və münaqişələrə qarşı çıxdığından Ermənistan-Azərbaycan Dağlıq Qrabağ münaqişənin həllini dünya təşkilatlarının səyi və köməyi ilə həll etməyə ümid etmişdir. Xalqımızın Ulu öndəri Heydər Əliyevin qətiyyəti ilə başlamış sülh danışıqları Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipiallığı ilə də davam etdirilmişdir.

Lakin güclü orduya və müasir silahlara malik Azərbaycan dövləti 27 il sülh danışıqlarına sadiq qalsa da, xalqımız hər addımda Ermənistan siyasi və hərbi rəhbərliyinin təhqir və təzyiqləri ilə üz-üzə qalmışdır. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu cəbhədə düşmənə yerini göstərsə də, bu ona dərs olmamışdır.

Son anda ermənilər nəinki sülh danışıqlarına məhəl qoymadı, əksinə, Qarabağdan çox-çox uzaq olan ərazilərimizi işğal etməklə hədələyərək, 12 iyul 2020-ci ildə Tovuz rayonunu işğal etmək üçün hücuma keçdi. Lakin güclü Azərbaycan ordusu düşmənə ağır itkilər verərək onu yerində oturtdu. Azğınlaşmış erməni ordusu avqust ayında təxribat-diversiya qurpu göndərərək mülki əhalini öldürmək, dövlət və mülki obyektləri partlatmaq istəyirdi. Diversiya qrupunun əsir götürülmüş komandiri bütün bunların hamısını etiraf etmişdir. 

Nəhayət 27 sentyabr 2020-ci il tarixində ermənilər cəbhə boyunca hücuma keçərək ağır artilleriya silahlarından ordumuzun mövqelərini və mülki şəxslər yaşayan şəhər, qəsəbə və kəndlərimizi güclü atəşə tutaraq irəliləməyə cəhd etmişdir.

Azərbaycan ordusu düşmənin bu həmləsinə qarşı əks-hücuma keçərək düşmənə etdiyi əməlinə görə layiqli cavab vermişdir. Lakin düşmən yenidən hücuma keçmək istədikdə onun təmas xəttində 30 il ərzində qurduğu dərin mühəndis istehkam qurğuları dağıdılarq işğal olunmuş torpaqlarımızdan geri çəkilməyə məcbur edildi.

Azğınlaşmış düşmən bu məğlubiyyətdən daha da aqressivləşərək mülki əhalimizi hədəfə alaraq cəbhə xətti boyunca yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə məruz qoyurdu. Onlarla mülkü dinc sakinlərimiz uşaq, qoca, qadın demədən qanına qəltan edilirdi. Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonlarının ərazilərinə mütamadi olaraq hər gün yüzlərlə top mərmisi atılır.

Gəncə, Bərdə, Migəçevir kimi cəbhə xəttindən uzaq şəhərlərə namərdcəsinə ballistik və istifadəsi qadağan edilmiş dağıdıcı və ölümcül raketlər atılır ki, bununla da mülki əhali, əsasən də uşaqlar ölür və yaralanırlar. Lütfən, bu vəhşiliyə qarşı ədalətsiz davranmayın! Böyük Viktor Hüqo demişdir: “Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır”. Siz də ədalətli olun, hörmətli fransızlar. 

Azərbaycan ordusu öz gücünə güvənib müharibənin beynəlxalq qayda-qanunlarına riayət edərək, düşməndən fərqli olaraq qarşı tərəfin mülkü şəxslərinə atəş açmadan döyüş meydanında düşmənə qan uddurur.

Son düşmən əsgəri torpağımızdan çıxanadək bu mübarizəni davam etdirəcəyik. Çünki bu bizim haqq savaşımızdır, biz Böyük Vətən müharibəsi aparırıq.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan 86,6 min kvadratkilometrlik ərazisinin 20% işğal olunub. İşğalla bağlı Fransa dövlətinin də dəstəyi ilə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinin tələblərinə ermənilər heç bir məhəl qoymur. ATƏT-in Minsk qrupunun vasitəçilərindən biri olan Fransa dövləti bu günə kimi işğalçı Ermənistana bir dəfə də olsun “DUR” deməmişdir. Lakin bu gün öz ərazi bütövlüyünü bərpa etməyə tam haqqı və gücü çatan Azərbaycan dövlətinə qarşı Fransa dövlətinin, daha doğrusu Fransa Respublikasının dövlət başçısı Emmanuel Makron tərəfindən edilən basqının heç bir hüquqi və mənəvi bəraəti yoxdur. Prezidentimiz İlham Əliyevin dediyi kimi: Biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrinin icrasını təkbaşına yerinə yetiririk.

Hörmətli fransız xalqı, 

Sizinlə bir qədər əvvələ - 22 iyun 1940-cı ilə, Kompeyn meşəsində imzalanan “Kompeyn sülh sazişi”nə ekskurs etmək istəyirəm. Həmin sazişlə Fransa məğlub edilərək alman ordusunun işğal zonasına aid edildi və Vişi rejimi adlanan marionet dövlət fomasında bir oyuncaq-kukla dövlət yaradıldı. Lakin bu işğalla barışmayan böyük fransız lideri Şarl de Qoll radio ilə xalqa və dünyaya müraciət edərək: “Fransa döyüşü uduzdu, amma o müharibəni uduzmayıb!”, - deyə bildirdi. Alman faşist ordusu 1940-1945-ci illərdə fransızlara qarşı misli görünməmiş müsibətlər yarşatdı. 
Axı sizlər də ağır müsubətlər yaşamış xalqın nümayəndələrisiz! Bizim başımıza gətirilən faciələrdə də oxşarlıq vardır. Belə ki, 10 iyun 1944-cü ildə Sizlərin başına gətirilən, 642 nəfər dinc sakinin yandırılaraq, müxtəlif cür işgəncələr verilib öldürülən Oradur-sür-Qlan qırğınını Azərbaycan xalqı heç zaman unutmayıb və unutmayacaq. Çünki bizim xalq belə vəhşiliklərə qarşı barışmazdır. Bir də ona görə unutmayacağıq ki, o müsubətdən on qat artığını Sizin hökumətin və dövlətin hər vəchlə müdafiə edib dəstəklədiyi erməni faşistləri bizim millətin başına da gətirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Xocalını dağıdaraq yerlə yeksan etdi. Canını qurtarıb qaçmaq istəyən şəhər sakinləri gecə qarın, buzun içində meşədə ağıla gəlməz vəhşiliklərlə öldürüldü, məhv edildi. Həmin gecə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirildi. Bu soyqırımda 8 ailə tamamilə məhv edildi, 150 nəfər itkin düşdü ki, bu gün də onların taleyindən bir xəbər yoxdur. Biz də Oradur-sür-Qlan şəhəri kimi Xocalını işğaldan azad edib xarabalıqları olan şəhərə “Şəhid kənd” adı verərək, başımıza gətirilən faciəni əks etdirən Xatirə memorial kompleksi yaratmaq istəyirik. Buna görə də bütün dünyanı əmin edirik ki, biz haqq savaşımızda Xocalını da işğaldan azad edəcəyik. Qarşıda bizi böyük qələbə gözləyir. Çünki Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, “Biz döyüşü uduzmuşuq, mühariibəni yox!” 

Fransz xalqı olaraq bilməlisiniz ki, sizlərin başına gətirilən faciələrin təşkilatçılarından biri də məhz bu gün müdafiə etdiyiniz erməni millətinin yetirməsi olan Nijde Qaregin kimi faşist ünsürlər olub. Arxivlərdə bu haqda qalaq-qalaq tarixi faktlar mövcuddur. Xahiş edirəm, tarixi xəyanətkarlar haqqında gənc nəslə hər zaman doğru bilgilər verin.

Fransa Müqavimət Hərəkatında onlarla Azərbaycan vətəndaşı iştirak etmişdir ki, onların haqqında fransızlar bizdən daha yaxşı bilirlər. Onlardan əfsanəvi partizan, Fransa Müqavimət Hərəkatının rəhbəri Şarl de Qollun yaxın dostu, hərakatın görkəmli nümayəndələrindən biri, minlərlə fransızın Almaniyadakı həbs düşərgələrində işləməyə aparılmasına mane olaraq dəmir yolu xətlərini partladan, 500-dən çox fransız uşağı ölümün pəncəsindən qurtararaq ağır yaralanan, qorxmaz kəşfiyyatçı, Fransanın ən ali qəhrəmanlıq orden və medalları ilə təltif olunmuş Mişel ləqəbli Əhmədiyyə Cəbrayılovu Fransa xalqı daha yaxndan tanıyır. Özünüzü yüksək demokratik dəyərlərə sahib millət hesab etdiyinizdən bu dəyərlərə hörmət etmək Sizin birbaşa vicdan və şərəf borcunuzdur. Ona görə də əfsanəvi Mişelin xidmətlərini unutmayıb, gənc Prezidentinizə də bunu başa salmanız daha gözəl olardı. 
Bir vətəndaş olaraq siz fransızlara ünvanladığım bu müraciətimdə, sadəcə, Azərbaycan xalqnın fransız xalqına olan sayğısından, fransız mədəniyyətinə, ədəbiyyatına verdiyi qiymətdən və ən əsası da vaxtilə fransızlarla birgə vətəniniz Fransanın düşmən işğalına qarşı canı, qanı bahasına göstərdiyi misilsiz köməkliklərdən və qəhrəmanlıqlardan bəhs etdim.

Unutmayın! 1940-cı illərdə sizlərin də Milli müqavimət hərakatı zamanı məğlub dövlətdən qalib dövlətə keçmənizə qarşı böyük güclər mane olurdu. Lakin fransız xalqının birliyi və qətiyyəti ilə bu səddi keçə bildiniz. Ona görə də çalışın Siz də bizim haqq mücadiləmizdə həmişə ədalətli mövqe tutasınız. Çünki Azərbaycan xalqını da haqq mübarizəsindən heç bir qüvvə döndərə və dayandıra bilməz. Yetər, erməni yalanlarına inanmağınız! Bu gün Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonunun tamamilə dağıdılaraq, daşı-daş üstündə qalmamış kənd və şəhərlərinə baxmaq kifayət edər ki, ermənilərin sizə göstərilən yazıq simasını yox, erməni vandalizminin yırtılmış maskasnı görəsiz. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı milli və dini dözümlülük nümayiş etdirərək erməni vətəndaşları ilə birgə eynihüqulu statusda yaşamağa israrlıdır. Zəmanət olaraq sayı minlərlə olan erməni əsilli Azərbaycan vətəndaşlarırmızı və Bakının mərkəzində, Gəncədə qorunub saxlanmış, təmir olunmuş erməni kilsələrini nümunə kimi göstərə bilərik. 

Çalışın, Sizi daha yaxından tanıyan, hər zaman sizlərə sayğı bəsləyən böyük mədəniyyətlər yaratmış Azərbaycan xalqının haqq mübarizəsinə dəstək olasınız.

Bu gün siyasi hakimiyyətdə olan Fransa prezidenti Makronun öz vəzifəsindən sui istifadə edərək Azərbaycanı və Türkiyəni haqsızcasına ittiham edərək zalım və qəddar ermənilərə göstərdiyi dırnaqarası humanizmini və dəstəyini sizlər də pisləyin və qəbul etməyin. Zaman gələcək ki, bu haqq işimizə verdiyiniz dəstəyə görə haqdan gələn çox böyük məmnunluq yaşayacaqsız. 


Dosent Yusif Alıyev