Paşinyan: İrəvanla Bakı sülh sazişi layihəsində 13 müddəanı və ön sözü tam razılaşdırıb

Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 müddəa və ön sözü razılaşdırmağı bacarıb, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndlərin imzalanmasını təklif edir.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan təklifini “Yerevan Dialogue” beynəlxalq forumundakı çıxışı zamanı bildirib.

“Sülh sazişi layihəsinin 13 müddəa və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, onlar təqribən iki təklifdən ibarətdir. Biz razılaşdırılmış müddəaları ən qısa zamanda imzalamağı təklif edirik", - Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.