"Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib" - Hikmət Hacıyev

"Azərbaycanın işğaldan azad olunan Füzuli bölgəsində qəbiristanlıq ermənilər tərəfindən tamam dağıdılıb. Onlar hətta qəbiristanlıqları belə vandalizm və barbarlığa məruz qoyublar".
"Sherg.az"ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara əyani baxış keçirməklə Ermənistanın müharibə cinayətləri ilə bağlı daha çox fakt aşkarlanacaq: "Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib".